Xarici işlər naziri Hakan Fidan bu gün Ankarada Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis ilə görüşəcək. Yunan ictimaiyyətinin gözü görüşə çevrildi. Yunan mətbuatında “Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi” şərhləri verilir.
Elchi.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan yunanıstanlı həmkarı Yorqo Gerapetriti ilə görüşür.
Görüş Yunanıstan mətbuatının və ictimaiyyətinin də gündəmindədir.
Yunan mətbuatında “Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi” fikri tez-tez dilə gətirilməyə başladı.
Türkiyənin İsrail və Misirlə əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir.
Yunanıstana qarşı Albaniya və Liviyanı öz sıralarına götürdüyü qeyd edilir.
Şayəstə Hüseynova