"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Yol layihələri Ziya Məmmədovdan alınır

06 Noyabr 2014 - 10:24
in MANŞET
FacebookVatsap

Nəqliyyat naziri əsas “korrupsiya maşını”ndan məhrum edilir; Nazirlikdə həyata keçirilən şok maxinasiyalar img1673070haqda ölkə rəhbərliyinə müfəssəl məlumat verilib; saxta şirkətlər üzərindən “yeyilən” milyardların hesabı sorulub; yol çəkilişləri icra hakimiyyətlərinə verilir…

Bunu da oxuyun

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Nəqliyyat Nazirliyi (NN) dövlət büdcəsindən ən çox pay alan strukturdur. Məsələn, 2014-cü il üçün NN-ə büdcədən 1,3 milyard manat vəsait ayrılıb. Paralel olaraq bu qurumun gördüyü işlər daha yarıtmaz və keyfiyyətsizdir. Ölkə boyu çəkilən yolların, dəmir yol xətlərinin durumu buna əyani sübutdur. İnsanların ən çox şikayət etdiyi problemlərdən biri də yolların yöndəmsiz inşa olunması, qısa müddətdə sıradan çıxması ilə bağlıdır.
Təbii ki, gözgörəsi şəkildə həyata keçirilən bu korrupsiya əməliyyatlarının bir sonu olmalıdır. “Yeni Müsavat”a verilən məlumata görə, artıq nəqliyyat naziri Ziya Məmmədovun “yol korrupsiyası”nın ciddi şəkildə təftişinə başlanılıb. Daha dəqiqi, bu yöndə aparılan araşdırmalar öz nəticəsini verib.
Mənbəmizin bildirdiyinə görə, yol çəkilişləri faktiki surətdə Nəqliyyat Nazirliyindən alınır: “Ölkə rəhbərliyi son bir neçə ayda Ziya Məmmədovun gördüyü işlərlə bağlı fərqli mənbələrdən məlumatlar toplayıb və nəqliyyat nazirinin sözün əsl mənasında ”ağ etdiyi” qənaətinə gəlinib. Bəlli olub ki, nazirlik xüsusi ilə bölgələrdə yol çəkilişləri zamanı kağız üzərində nəzərdə tutulan vəsaitin təxminən 70 faizini mənimsəyir.
Belə faktlar Ucarda, Ağsuda, Şamaxıda, Göyçayda, Ağdaşda son iki il ərzində həyata keçirilən yol çəkilişləri prosesində özünü daha qabarıq şəkildə büruzə verib. Fakt bundan ibarətdir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vasitəsilə rayonlarda yol çəkilişləri üçün elan edilən tenderləri saxta, adı olub özü olmayan, de-fakto özlərinə məxsus şirkətlərə verir. İlk əldə pullar mənimsənilir, daha sonra isə ya hansısa podratçı şirkətə, yaxud “Azəryolservis”in və Nəqliyyat Nazirliyinin texnikasını cəlb etməklə müəyyən təmir-tikinti briqadalarına bu işləri gördürürlər. Nəticədə yollar illərlə yekunlaşmamış qalır. Məsələn, 2011-ci ildən Göyçayda, Şamaxıda başlayan yol çəkilişləri, həmçinin xeyli öncələr tikintisi başlayan Bakı-Astara yolu hələ də bitməyib”.
Burada bir məqamı da qeyd edək ki, bu ilin may ayında Hesablama Palatası NN-in yol verdiyi korrupsiya faktları barədə açıqlama vermişdi. Qurumun auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanmışdı. Belə ki, nazirliyin “Azəryolservis” ASC-yə Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, habelə Siyəzən və Qusar istismar idarələrinə ayrılan vəsaitin auditi aparılıb.
Sözügedən körpünün təmirinə 4 milyon manat investisiya nəzərdə tutulubmuş. Yoxlamalar zamanı həmin vəsaitin ASC-nin nizamnamə kapitalına daxil edilmədiyi və görüləcək işlərin siyahısı tutulmadan podratçı şirkətlərə pul ayrıldığı üzə çıxıb. Bununla dövlət büdcəsinə dəyən zərərin 120 min manata yaxın olduğu müəyyənləşib.
“Azəryolservis”in Siyəzən 4 saylı Yol İstismar İdarəsinə və Qusar 7 saylı Yol İstismar İdarəsinə avtomobil yollarının cari təmiri üçün nəzərdə tutulan 32,8 min manat vəsait də mənimsənilib. NN-in tabeliyindəki “Azərbaycan Dəmir Yolları” QSC-nin icrasını həyata keçirdiyi Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisindən suötürücü qurğuların rekonstruksiyası və lokomotivlərin təmiri, dəmir yolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərindəki qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. O da məlum olub ki, layihələr üzə tender keçirilməyib, layihə-smeta sənədləri qanunsuz olaraq podratçı təşkilatlar tərəfindən hazırlanıb və layihənin dəyəri şişirdilib.
Qaynağımız bildirir ki, nəqliyyat nazirinin yol çəkilişləri zamanı hansı mexanizmlə və tender “qalibi” olan hansı şirkətlər vasitəsilə pulları göyə sovurmasının ölkə rəhbərliyinə çatmasında Ziya Məmmədovla münasibətləri korlanmış iş adamı Hafiz Məmmədovun da böyük rolu olub: “Nəticədə belə qənaətə gəlinib ki, yol çəkilişlərini Ziya Məmmədovun monopoliyasından almaq lazımdır. Hazırda yol çəkilişlərinin rayon icra hakimiyyətlərinə verilməsi üçün mexanizm hazırlanır. Mövcud hüququ bazaya görə, yalnız respublika əhəmiyyətli yolların, şosselərin çəkilişini NN-dən alıb icra hakimiyyətinə vermək mümkün deyil. Bu yolların çəkilişi zamanı mənimsəmələrin qarşısını almaq üçün ya ”Azəryolservis” ASC-nin rəhbərini dəyişdirib Ziya Məmmədova yaxın olmayan bir şəxsi bura təyin etmək lazımdır, ya da tenderlərə birbaşa Nazirlər Kabinetinin müvafiq şöbəsi nəzarət etməlidir. Güman ki, qısa müddətdə bunun da mexanizmi müəyyənləşəcək”.
Qeyd edək ki, Bakı şəhərində yol çəkilişləri bir müddət öncə NN-dən alınıb. Şəhərdaxili yolların çəkilişi BŞİH-in sərəncamına verilib. Bu prosesin ölkə boyunca tətbiq edilməsi Ziya Məmmədovu faktiki olaraq əsas “korrupsiya maşını”ndan məhrum etməkdir.
T.ƏHMƏDLİ
Previous Post

Yol layihələri Ziya Məmmədovdan alınır

Next Post

“Narıncı inqilab”ların yenidən başlayacağı xəbəri yayıldı

Bənzər yazılar

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

Next Post

“Narıncı inqilab”ların yenidən başlayacağı xəbəri yayıldı

“Narıncı inqilab”ların yenidən başlayacağı xəbəri yayıldı

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.