Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb.
Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki, bu gün faydalı olanı atmağa tələsməyə ehtiyac yoxdur.
“Ermənistan bu gün faydalı olanı atmağa tələsməməlidir. Biz bu ümumi bazarı Aİİ-ni tərk etməməliyik”, – o, Avrasiya Hökumətlərarası Şurasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə deyib.
“Sizdən xahiş edirəm, getməyə tələsməyin. İnanın, mən veteran prezidentəm, 30 ilə yaxındır ki, burada işləyirəm, bizi heç yerdə qarşılamırlar”,-deyə Lukaşenko bildirib.
Yeganə





















