Yaponiya öz sərhədləri daxilində ilk raket sınağını keçirib

Yaponiya öz sərhədləri daxilində ilk raket təlimini keçirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Yaponiya hərbi rəsmiləri ölkənin şimalındakı Hokkaydo adasındakı atış poliqonunda raket təliminin keçirildiyini açıqlayıb.
Rəsmilər bildiriblər ki, ölkə sərhədlərində keçirilən ilk raket təlimində Müdafiə Qüvvələrindən 300-ə yaxın əsgər iştirak edib.
Təlimin sahildən təxminən 40 kilometr aralıda yerləşən pilotsuz qayığa qarşı Type-88 qısa mənzilli gəmi əleyhinə raketlərdən istifadə edilərək həyata keçirildiyini qeyd edən səlahiyyətlilər, nəticələrin hələ də qiymətləndirildiyini bildirib.
Yaponiya bundan əvvəl ABŞ və Avstraliya kimi digər ölkələrin ərazisində də raket sınaqları keçirib.
Nuranə Məmmədova