"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Xüsusi nümayəndələrin gözlənilən görüşü: Ermənistanı qorxudan digər “sirr” – ŞƏRH

24 Avqust 2022 - 10:41
in Cebhe-banner, MANŞET, SİYASƏT
FacebookVatsap

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin (Serdar Kılıç və Ruben Rubinyan) növbəti görüşünə hazırlıq gedir. Budəfəki danışıqlar Azərbaycan-Ermənistan sərhədində və Qarabağda baş verən son hadisələr (“Qisas” əməliyyatı) fonunda diqqət mərkəzinə gəlir”.

Bunu da oxuyun

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında yazıb.

Analitik vurğulayıb ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması şərtlərini “Qisas” və sərhəddəki hərbi hərəkətlilikdən sonra yarana biləcək mənzərədə Ankaranın artan rolu fonunda İrəvana çatdıracaq:

“Ermənistan isə şərt irəli sürmək bacarıq və imkanından məhrumdur, ona görə də zəhmət çəkib Bakı-Ankara ikilisinin müştərək maraqlarının içərisində yer almalıdır və bu xətdən qopub fərqli cəbhəyə getməməlidir.

Azərbaycanla Türkiyənin Ermənistan qarşısındakı tələbləri konkretləşir və qoyduğu vaxt limiti daralır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Haber Global”a müsahibəsində səsləndirdiyi bəyanat limitə dair qavrayışların İrəvan tərəfindən məcburən qəbul edilmə şərtinə eyhamdır.

Çavuşoğlunun “Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir” deyə bildirməsi danışıqların mətləbini açır. Gümanla, Azərbaycan və Türkiyədə Ermənistanın sülh sahəsindən sürüşərək bir balaca başqa istiqamətə yön almasına dair informasiyalar mövcuddur”.

A.Kərimovun fikrincə, Ermənistanın yayındığı əsas məsələ Azərbaycanla sərhədlərin delimitasiyasındakı mövqeyi ilə əlaqəli ola bilər, bu isə özünün yedəyində Zəngəzur dəhlizinə dair İrəvanın qeyri-müəyyən mövqeyini doğurur:

“Azərbaycanla Türkiyə isə Ermənistanın yaxasından tutub yenidən öz yerinə qaytarılmasını təmin edəcək və diplomatik təmaslarda İrəvandan vaxta, qrafikə dair cədvəl almağa nail olacaqlar.

İrəvanı zəif bənd edən bir nöqtə də var, bu, Ermənistanda Azərbaycan və Türkiyənin ölkə içərisində fəaliyyət göstərə biləcəyi haqqında qorxulu təəssüratın tüğyan etməsidir.

Təbii ki, 10 Noyabr Bəyanatından sonra Ermənistanın hər addımı diqqətdə və nəzarətdədir, İrəvanın sülh meylindən yayınmamasına təsir etmək üçün böyük resurslar Azərbaycan və Türkiyənin aktivində mövcuddur.

Məğlubiyyət sindromu psixologiyasının hökm sürməsi səbəbilə İrəvandakı həyəcan təbii qarşılanmalıdır, bu həyəcanın erməni cəmiyyətini şoka salan həddi isə Azərbaycanın ordu gücü və onun Türkiyə ilə strateji müttəfiqliyidir.

Buna görə də illərdir türkə düşmən mövqe ilə qürrələnən düşüncənin altının üstünə çevrilərək onun qorxu ilə əvəzlənməsi başadüşüləndir.

Xüsusi nümayəndələrin danışıqlar stolu ətrafındakı müzakirələrində İrəvan erməni cəmiyyətini sakitləşdirmək üçün Ankaranın onu sıxma-boğmaya salmaması üçün xahişlər edəcək.

Ankara isə bu xahişləri Azərbaycana çatdıracaq, lakin Ermənistan həmin xahişləri yenidən vaxt qazanmaq üçün istifadə etsə, bunun cavabı ağır olacaq”.

Yeganə

Previous Post

Xüsusi nümayəndələrin gözlənilən görüşü: Ermənistanı qorxudan digər “sirr” – ŞƏRH

Next Post

Sabahın hava proqnozu

Bənzər yazılar

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

23 Sentyabr 2026 - 16:55

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı...

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48

Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə...

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

23 Sentyabr 2026 - 16:06

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və...

Next Post
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Severodonetski buna görə tərk etdik – Qayday

Severodonetski buna görə tərk etdik – Qayday

Son xəbərlər

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

23 Sentyabr 2026 - 17:35
“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

23 Sentyabr 2026 - 17:24
Bakıda evdən 33 min manat oğurlanıb

Bakıda evdən 33 min manat oğurlanıb

23 Sentyabr 2026 - 17:12
Dağ-mədən və metallurgiyada  böyük inkişaf hədəfləri

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

23 Sentyabr 2026 - 17:06
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

23 Sentyabr 2026 - 17:04
“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03
Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

23 Sentyabr 2026 - 16:55
Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48
Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

23 Sentyabr 2026 - 16:41
Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

23 Sentyabr 2026 - 16:33
Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

23 Sentyabr 2026 - 16:25
Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

23 Sentyabr 2026 - 16:14
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

23 Sentyabr 2026 - 16:06
“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

23 Sentyabr 2026 - 16:00
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

23 Sentyabr 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.