"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Xankəndində antiterror əməliyyatı keçiriləcək – Qüdrət Həsənquliyev

11 Oktyabr 2022 - 10:51
in MANŞET
FacebookVatsap

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsini təqdim edir:

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Onunla müsahibəni təqdim edirik:

– Rusiya-Ukrayna müharibəsində situasiya yenidən dəyişdi, xüsusilə Krım körpüsünün partladılmasından sonra. Müharibənin inkişafını necə görürsünüz?

– Hələlik görünən odur ki,Qərb Rusiyanın dağılmasına, yaxud nüvə silahı tətbiq edəcəyinə yol aça biləcək səviyyədə onun məğlubiyyətindən qorxur. Məhz buna görə də Ukraynaya hücum silahları, döyüş təyyarələri, müasir tanklar, uzaq mənzilli raketlər, dronlar vermir. Amma Rusiyanın da tam qələbəsini istəmir. Düşünürəm sonda Ukraynanı Rusiyanı sakitləşdirmək üçün müəyyən güzəştlərə məcbur edəcəklər. Onu da nəzərə almalıyıq ki, Qərb insanı Ukraynaya rəğbət bəsləsə də ona görə həyat şərtlərinin ağırlaşmasını istəmir.

– Rusiya cavab olaraq Kiyevə və digər ərazilərə raket zərbələri endirdi. Lakin əksəriyyət hesab edir ki, Putin taktiki nüvə bombasından istifadə edəcək. Siz necə düşünürsünüz, bu ssenari mümkün görünür?

– Putin Qərb liderlərinin gözünün odunu alıb. Bəzilərini də pulla, kompromat məlumatlarla öz əlaltısına çevirib. Rusiya döyüş meydanında məğlub olsa, taktiki nüvə silahından istifadə edə bilər. Bu ehtimal həm də ona görə yüksəkdir ki, Qərb liderləri qorxularından bu halda nə edəcəkləri barədə açıq danışa bilmirlər. Necə ki, Rusiya müharibə edəcəyi halda nə edəcəkləri barədə danışa bilmədikləri kimi.

– Ukrayna müharibəsi başladıqdan sonra beynəlxalq ekspertlər də mütəmadi olaraq köhnə nizamın dağılmasından, yeni dünya nizamının qurulmasından danışır. Yeni dünya nizamı, yaxud belə demək mümkünsə, yeni beynəlxalq müasibətlər sistemini necə görürsünüz? Ukrayna müharibəsinin nəticəsi buna nə qədər təsir edəcək?

– Hazırda BMT heç nəyə yaramayan mənasız bir quruma çevrilib. BMT TŞ-nin üzvülərinin sayı artırılmalı, veto hüququ aradan qaldırılmalı və qərarlar üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Qərarların dərhal icrası üçün mexanizmlər işlənib hazırlanmalıdır. Amma indiki daimi üzvülərin bu islahatlara gedəcəyini düşünmürəm. Nüvə silahı onları toxunulmaz edib. Ukrayna müharibəsi 3-cü dünya müharibəsinə səbəb olarsa, onun nəticələrinə uyğun olaraq nələrsə dəyişə bilər.

– Baş verənlər – Ukrayna cəbhəsindəki vəziyətdən tutmuş, ümumilikdə Qərb-Rusiya qarşıdurmasının bizim bölgəmizə təsirləri necədir?

– Ukrayna savaşından bizim insanlar çox əziyyət çəkir. Həm Ukraynada, həm də Rusiyada yüz minlərlə, milyonlarla soydaşımız yaşayır. Onlar həm də Azərbaycana ailələrinə pul göndərirdilər. İndi hər iki ölkədə iqtisadi vəziyyət ağırdır, həmin ölkələrin vətəndaşları olan soydaşlarımız müharibəyə göndərilir. Onlar həyatlarını itirirlər, yaralanırlar. Müharibə fəlakətdir. Hesab edirəm indiki şəraitdə Azərbaycan erməni separatizmi məsələsini birdəfəlik həll etməlidir.

– Belə görünür ki, Rusiyanın Ukrayna cəbhəsinə diqqəti Qərbin Cənubi Qafqaza müdaxilə imkanlarını artırıb, Ermənistanın siyasi orientasiyasında dəyişikliklərin olduğunu göstərən manevrləri də bu ehtimalı ön plana çıxarır. Necə hesab edirsiniz, Qərb-Rusiya qarşıdurması Ukrayna cəbhəsindən sonra Cənubi Qafqaza da sıçraya bilərmi?

– Qərb ölkələrinin Ukraynadan fərqli olaraq Ermənistanla birbaşa sərhəddi yoxdur. Qərbin bizim münaqişəyə birbaşa təsir imkanları çox azdır. Əksi olsaydı Fransa bizə çoxdan müharibə elan etmişdi. Paşinyan sorosçudu, orduya tam nəzarət edə bilmir, həm də qorxaqdır. Ona görə hakimiyyətini itirəcəyindən, yaxud terrora məruz qalacağından çəkinərək Ermənistanın mənafelərinə uyğun, bölgədə sülhə və əməkdaşlığa yol açacaq qərarlar qəbul edə bilmir. Onun tərəddüdləri Ermənistana da, özünə də baha başa gələcək. Azərbaycan mənasız danışıqları uzatmağa imkan verməməlidir və inanıram ki, verməyəcək də.

– Praqa görüşünün nəticəsini necə dəyərləndirirsiniz, xüsusilə bəyanatda Almatı bəyannaməsinə istinad edilməsinin bizim məğlubiyyətimiz olduğuna dair iddialar fonunda sizin fikirləriniz də maraqlıdır.

– Praqa görüşü Azərbaycanın növbəti böyük diplomatik qələbəsidir. Çünki Ermənistan özünün ən etibarlı müttəfiqi saydığı Fransa Prezidenti Emanuel Makronun və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdı. Biz BMT-yə Azərbaycan SSR-in sərhədləri daxilində qəbul olunmuşuq. Ona görə Almatı Bəyənnaməsinə istinad olunması beynəlxalq hüquqa uyğundur.

– Bəyanata görə, Avropa İttifaqı və Fransanın missiyası Ermənistan ərazisindən Azərbaycan-Ermənistan sərhədinə gəlməlidir. Bu, İrəvanın Moskvanın istəyinin əleyhinə olaraq, Qərbi bölgəyə praktiki olaraq gətirmək niyyətindən xəbər verir. Rusiyanın necə cavab verəcəyi maraqlıdır.

– Ermənistanın öz sərhədlərinə kimi dəvət etməsi onun suveren hüququdur. Mülki şəxslər bizə heç bir təhlükə yaratmadığı üçün bizə aid məsələlərdə onlarla əməkdaşlıq edəcəyik. Ermənistan Rusiya ilə yollarını ayırmaq barədə çoxdan düşünür, amma gecdir. Həm Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiyanın əlindədir, həm də Ermənistanda Rusiya hərbi bazası var. Rəsmi Moskvanın Paşinyanı cəzalandırmaq imkanları böyükdür. Paşinyan bütün bunları nəzərə alıb təcili sülh sazişi imzalamalıdır.

– Son olaraq, Xankəndidəki proseslərə toxunmaq istəyirik. Praqa görüşündən və Prezident İlham Əliyevin “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, bunu qəbul etməyənlər yaşamaq üçün başqa yer seçə bilərlər” bəyanatından sonra separatçı-rejimə qarşı etirazlar edilir, Azərbaycan dövlətinin əleyhinə şüarlar səsləndirilir. Erməni mənbələr baş verənləri qiyam adlandırır və daha da böyüyəcəyini qeyd edirlər. Buna qarşı hansı addımlar atılmalıdır? Mümkündürmü ki, Azərbaycan separatçı-terrorçu rejimin ləğvi, erməni vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi əsası ilə proseslərə müdaxilə etsin?

– Separatçıların çığır-bağır salması, yaxud çığırdılması heç nəyi dəyişməyəcək. Zəngəzur dəhlizi açılmasa, ya biz Naxçıvana qədər uzanacaq dəhlizin salınacağı ərazidə yolu çəkəcək tikinti şirkətinin əməkdaşlarının təhlükəsizliyini təmin etməliyik, ya da 10 noyabr 2020-ci il üçtərəfli bəyənatın qüvvədən düşdüyünü elan edib Laçın dəhlizini bağlamalıyıq. Yoxsa, ola bilməz ki, həmin sənədin erməniləri qane edən bəndləri icra olunsun, digərləri yox. Hazırda Qarabağda yaşayan erməni sakinlər üçün rabitə, qaz və elektrik xətlərini çəkib hazır vəziyyətdə saxlamalıyıq. Yeni ilə qədər Ermənistan tərəfdən Zəngəzur dəhlizi ilə bağlı heç bir addım atılmasa, Laçın üzərindən keçən rabitə, qaz və elektrik xətləri kəsilməli, Ermənistanın Qarabağ ermənilərini maliyyələşdirməsinin qarşısı alınmalıdır. Prezidentin dediyi kimi, kim Azərbaycan vətəndaşı olaraq qalıb yaşamaq istəsə, hər şeylə təmin olunacaq, peşiman olmayacaq. Kim istəməsə, çıxıb gedəcək. Bu zaman heç kim bizi etnik təmizləmədə ittiham edə bilməyəcək.

Ehtiyac yaranacağı təqdirdə Xankəndində antiterror əməliyatı da keçirilə bilər. Biz erməni milliyətindən olan və Qarabağda qalıb yaşamaq istəyən vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik. Qarabağda Azərbaycan qanunlarından kənar idarəetmə və heç bir əli silahlı erməni hərbiçisi ola bilməz.

Previous Post

Xankəndində antiterror əməliyyatı keçiriləcək – Qüdrət Həsənquliyev

Next Post

Milli Məclisin plenar iclası başladı

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Next Post
Xaricə qanunsuz pul köçürənlər 5 ilədək həbs oluna bilər

Milli Məclisin plenar iclası başladı

Xaricə qanunsuz pul köçürənlər 5 ilədək həbs oluna bilər

Milli Məclisin plenar iclası başladı

Son xəbərlər

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.