ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir.
Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib:
“Avropanın başına gələnlərə baxın. Onu diri-diri yeyirlər”.
ABŞ prezidenti nə demək istədiyini açıqlamayıb, lakin o, əvvəllər dəfələrlə Avropa hökumətlərini miqrasiya ilə bağlı davranışlarına görə tənqid edib.
Trampın sözlərinə görə, belə bir inkişafın qarşısını almaq üçün dünya ABŞ-ın yanaşması barədə məlumatlandırılmalıdır.
Görüşdə Amerika lideri bir daha vurğulayıb ki, onun vəzifədə əldə etdiyi nailiyyətlərdən biri ABŞ sərhədini qeyri-qanuni mühacirlərin üzünə bağlamaq olub.
Yeganə





















