ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) azalan sursat ehtiyatlarını doldurmaq üçün əsas avtomobil istehsalçıları ilə əlaqə saxladığı iddia edilib.
Elchi.az xəbər verir ki, The Wall Street Journal (WSJ) qəzetinin məsələ ilə tanış mənbələrə əsaslanan hesabatına görə, Tramp administrasiyası avtomobil istehsalçılarının hərbi istehsalda daha böyük rol oynamasını istəyir.
Bu kontekstdə Pentaqon rəsmiləri Ford Motor şirkətinin baş direktoru Cim Farli və General Motors (GM) şirkətinin sədri və baş direktoru Meri Barra da daxil olmaqla, avtomobil sənayesinin yüksək səviyyəli rəhbərləri ilə görüşüblər.
Mənbələr iddia edir ki, Ukrayna və İrandakı müharibələr ABŞ-ın sursat ehtiyatlarını tükəndirib və buna görə də Pentaqon avtomobil şirkətlərini cəlb etməyi düşünür.
Şayəstə





















