“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin “Pantsir” və S-300 hava hücumundan müdafiə sistemləri, helikopterlər və təyyarələrinin ekipajlarını, eləcə də elektron müharibə mütəxəssisləri formalaşdırmaq üçün personal cəlb edir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Vaqner”in özünün müstəqil döyüş təyyarələri yoxdur, lakin rus əsgərləri getdikcə daha çox özəl hərbi şirkətin qüvvələrinə verildiyi üçün bunu etməyə başlaya bilər. “Vaqner” tərəfindən döyüş təyyarələrinin alınması onu göstərir ki, bu şirkət Rusiya Müdafiə Nazirliyinin bütün bu illər ərzində yaratmağa çalışdığı müqaviləli ordunun nümunəsidir”, – məlumatda qeyd olunub.
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb
Niderland İraqda "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı "Inherent Resolve" ("Sarsılmaz qətiyyət") beynəlxalq əməliyyatında iştirakını başa çatdırıb. Elchi.az xəbər verir...





















Son şərhlər