Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Çini COVİD-19-un mənşəyi haqqında daha çox məlumat verməyə çağırıb və məsələni araşdırmaq üçün ikinci qrup göndərməyə hazırdır.
Elchi.az bu barədə Ft.com-a istinadən xəbər verir.
ÜST-nin baş direktoru Tedros Adhanom Qabreyesus eyib: “Biz Çinə tam giriş icazəsi verməsini israr edirik və ölkələri Pekini əməkdaşlığa təşviq etmək üçün ikitərəfli görüşlərində məsələ qaldırmalarını xahiş edirik”.
Qebreyesus uzun müddətdir ki, Çinin COVİD-19-un mənşəyi ilə bağlı məlumatlarını paylaşmasında israr edir və bu baş verənə qədər bütün fərziyyələrin qüvvədə qaldığını söyləyir.
Xatırladaq ki, virus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində aşkar edilib və bir çoxları onun ev heyvanları bazarından yayıldığından şübhələnirdilər. Dünyada 7 milyona yaxın insan koronavirusdan dünyasını dəyişib.
Yeganə