Ukraynalı müğənni Rusiya vətəndaşlığı aldı

Ukraynalı müğənni Ani Lorak Rusiya vətəndaşlığı alıb.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” ona yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, müğənninin pasportu iyunun 9-da verilib:
“Karolina Kuek Rusiya vətəndaşı olub və əsl adını - Karolinanı saxlayıb”.
Qeyd edək ki, Lorak 2024-cü ilin martında Rusiya vətəndaşlığı üçün müraciət etmişdi.