Peskov deyib ki, Ukraynadakı münaqişənin bitmə vaxtı Zelenskinin danışıqlara hazır olmasından asılıdır.
Elchi.az xəbər verir ki, Ukraynadakı münaqişənin tezliklə sona çatmasının əsas şərti keçmiş sovet respublikasının rəhbəri Vladimir Zelenskinin Rusiyanın şərtləri ilə danışıqlara hazır olmasıdır. Bunu jurnalistlərə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Rusiya liderinin mətbuat katibi vurğulayıb ki, Kiyev rejiminin başçısı Moskvanın tələblərini nə qədər tez qəbul edərsə, münaqişənin sonu bir o qədər yaxın olar.
Şayəstə