Ukrayna Cenevrədə keçiriləcək Rusiya və ABŞ ilə yeni üçtərəfli danışıqlara əvvəlki nümayəndə heyətini göndərməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov sosial şəbəkə hesabında məlumat verib.
“Ukrayna nümayəndə heyəti artıq bu görüşə hazırlığa başlayıb”, — deyə o bildirib.
Nümayəndə heyətinə Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey İqnatov, Zelenskinin ofisinin birinci müavini Sergey Kislyitsa, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbər müavini Vadim Skibitski və “Xalqın Xidmətçisi” fraksiyasının lideri David Arahamia daxil olacaq.
Məryəm





















