Çin Xalq Respublikası yaxın gələcəkdə hərbi baxımdan ABŞ-a çatacaq və Vaşinqtonun qlobal liderliyi itirilə bilər.
Elchi.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
“Çin bunun əsasını uzun illər strateji səbir nümayiş etdirərək qoyub. Yaxın perspektivdə Pekin hərbi baxımdan ABŞ-a çata biləcək”, — deyə o vurğulayıb.
Merz əlavə edib ki, “ABŞ-ın liderlik iddiası hər halda mübahisə olunur, hətta artıq itirilmiş də ola bilər”.
Məryəm





















