"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türmədə intihar etmiş MTN polkovnikinin qardaşı danışdı – sensasiya!

22 Dekabr 2016 - 09:14
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

 Türmədə intihar etmiş MTN polkovnikinin qardaşı “Yeni Müsavat”a danışdı - sensasiya!

Eldar Mahmudovun “sağ əli” olmuş İlqar Əliyevin qardaşı İsmayıl Əliyev elə şeylər danışdı ki; “O, özünü asacaq dərəcədə aciz deyildi”

Dekabrın 21-də “Təzəpir” məscidində ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin ölümünün ildönümünə həsr edilmiş yas məclisi keçirilib. 

Məclisdə İlqar Əliyevin keçmiş iş yoldaşları, rəhbərliyi iştirak etməyiblər. Məclisə qatılan əməkdaşımız İlqar Əliyevin qardaşı İsmayıl Əliyevdən müsahibə alıb.

 

Yada salaq ki, İlqar Əliyev Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra – 2015-ci il oktyabrın 17-də həbs edilmişdi. Az bir vaxtda İ.Əliyevə ittiham elan edib, onu Bakı İstintaq Təcridxanasına (BİT) göndərmişdilər. İ.Əliyev BİT-də 2 aya yaxın qaldı. 2015-ci il dekabrın 20-də onun meyitini kəndirdən asılmış vəziyyətdə saxlanıldığı kamerada aşkar etdilər. Bu gün də onun ölümünün üzərində sirr pərdəsi qalmaqdadır…

İsmayıl Əliyev həmin sirr pərdəsinin gec-tez qardaşının ölümü üzərindən götürüləcəyinə əmindir:

– Zaman özü hər bir şeyi həll edəcək. Hər şey zamanında üzə çıxacaq. Nə istəyirlər, nə qədər istəyirlər yazsınlar.

– Nə yazırlar ki? 

– Nədən yazmırlar? Hərə bir şey yazır, bizdən də soruşmurlar.

– Nələri danışmaq istəyirsiniz deyin, danışın. Mətbuatda danışmağınıza qadağa var? 

– Yoxdur. Bizdən heç soruşan da olmayıb.

– Özü gözləyirdi ki, onu tutarlar, təcridxanaya göndərərlər? 

– Yox, o günə qədər heç ağlına belə gətirmirdi. Narazılığı yox idi, heç nə olmamışdı. Amma işi çox ağır idi. Bütün agentlər bunun boynunda idi. O mərkəzdə 2 əsas adam var idisə, biri də elə İlqar idi. Hökumət üçün işləyirdi. O, özü üçün işləmirdi. Xalq üçün işləyirdi, yetim-yesirə yardım edib.

– Nə qədər maaş alırdı ki? 

– Maaşı babat idi. O, həmişə kefi istədiyi kimi yaşayıb. Kimə dəstək veribsə, onlar da sonradan ona köməklik ediblər, ona görə də lap yaxşı yaşayıb.

– İlqar Əliyevin özünü asması ilə bağlı çox yazılıb. Sizcə, orada nə baş verib? 

– İlqarın özünü asmasına inanmırıq. Bunu da demişik.

– Yəni gedib tələb edirsiz ki, işi araşdırsınlar? 

– Onlara inanmırıq. Ona görə də getmirik.

– Bəlkə getsəz, məsələni daha obyektiv araşdırardılar. Sizin şübhələrinizi hərtərəfli yoxlayardılar?

– Bunu zaman həll edəcək. Vaxt! Zaman! Hər şey zamanında üzə çıxacaq.

– Siz müraciət etməsəz, vaxt-zaman yetişəndə araşdırılmalı nəsə qalacağına ümid edirsiz? 

– Allaha həvalə edirəm. Hamısını. Belə vətənpərvər oğulu, Azərbaycan üçün canını verən, gözünü qırpmadan vətən üçün canından keçməyə hazır oğulu belə etdilər…

– Nəyi nəzərdə tutursuz? 

“İlqarın həbsindən sonra atam rəhmətə getdi, heç gəlib başsağlığı vermədilər. Elçin Quliyev yasa gəldi, 2 gün sonra onun özünü də hərləyib tutdular”

– Allaha tapşırıram. Hamı bilir ki, bütün əməliyyatları o edirdi. İlqar Xocalı hadisəsindən sonra mənim formamı geyib cəbhəyə getmişdi, orada yaralanmışdı. Gözləri tutulmuşdu. Prezident ona xidməti dövründə 10 dənə orden, medal vermişdi. Tərifnamələrinin sayı-hesabı yoxdur. Xidmətinə görə veriblər. İlqar sistemə girəndən sonra Amerikada da oxumuşdu. 1998-ci ildə Amerikada kurslarda olmuşdu. Ondan əvvəl isə 2 ay Misirdə oxumuşdu. İlqar əsl çekist idi.

– Ona son zamanlar təzyiq, hər hansı bir eyhamlar vardı? 

– Ona kim təzyiq edə bilərdi ki? O kimə istəsəydi, özü ona təzyiq edə bilərdi.

– Həbsdən əvvəl nəsə hiss etmişdimi? 

– Yox, qərar qəfil verilmişdi. Nə bilərəm ki, nə baş vermişdi. Mən heç bilmirdim ki, o, MTN-də hansı vəzifədə işləyir.

– Sizə cəmiyyətlə bağlı nələrisə danışırdı? 

– Mənə deyirdi ki, çox da üzdə olma. Bilirdi ki, sadəlövhəm, nəsə deyərəm.

– Hərbi xidmətdə harada olmuşdu?

– O dövrdə Əfqanıstan vardı, İlqar da ora getmək istəyirdi. Əfqanıstanın əvəzinə gedib Monqolustana düşdü. O vaxt hər adam “starşina” ala bilmirdi. Amma o, həmin rütbəni almışdı. Əsgərlikdə də çox güclü xidmət etmişdi. O, xidmət adamı idi. Bizlik deyil belə işlər. Hər adam o işi o səviyyədə bacarmazdı.

– Onun hüquq-mühafizə orqanına marağı haradan idi? Valideynlərin seçimdə rolu olmuşdu?

– Yox, onun özü istəyirdi ki, hüquqşünas olsun. Atam İlqarı Kənd Təsərrüfatı İnstitutuna qoymaq istəyirdi. Getmədi. Əsgərlikdən qayıtdıqdan sonra işlərini universitetə verdi. Amma daxil ola bilmədi. Sonra hazırlıq kursuna getdi. Hazırlaşdı, növbəti il universitetə girdi. Onun sürətlə oxumaq qabiliyyəti vardı. Kitabın vərəqlərinə göz gəzdirməyi kifayət edirdi. Oxuduğu yaddaşında qalırdı. Çox güclü yaddaşı vardı. Heyf elə oğuldan. Yalan danışmıram. Elə bilərsən ki, jurnalistsən, ona görə belə deyirəm. Əgər mən yalan danışmağı bacarsaydım, indi bəlkə də icra başçısı işləyirdim. İnstitut oxumuşam, kəndçi adamam. Əllərimin qabarına da bax. Kənd təsərrüfatı, mal-qoyunla dolanmışam. İndi də parnikim var, dolanıram. İlqar gecə-gündüz bu vətən üçün çalışırdı. Arada mübahisələrimiz olurdu ölkədəki vəziyyətlə bağlı… Mənə həmişə deyirdi ki, sən heç nə bilmirsən. Bu da axırı.

– Həbsindən sonra yanına görüşə gedirdiz? 

“Mənə həmişə deyirdi ki, sən heç nə bilmirsən. Bu da axırı”

– Görüş verirdilər ki? Bir ərizəni 40 dəfə yazdırırdılar. Burada ərizədə bunu düzəlt, orada onu düzəlt. Bunu ancaq MTN-çilərə edirdilər. Həftəyə 8 kiloqramdan artıq yükü yanına keçirmirdilər. Paltarı da, yeməyi-içməyi də həmin 8 kiloqramın içində idi. Artıq qoymurdular.

– Psixoloji durumu necə idi? Yəni özünü öldürəcəyi, özünə qəsd edəcəyi haqda nəsə demişdi sizə? 

– Əsəbi idi. Yox, özünü niyə öldürməli idi ki? Neyləmişdi axı? Rüşvət ittihamı vermişdilər, o isə heç kəsdən rüşvət almayıb. Həbsindən sonra pəzəvəngin birini çıxardılar, o da dedi ki, guya İlqar maşınını, pulunu əlindən alıb. Elə adamlar onların əllərinin altındadır, birini götürüb qabağa verirlər.

– Həbsindən sonra kömək üçün kimlərəsə, məsələn, keçmiş nazirə müraciət etdiniz? 

– Yox, mən heç onları tanımıram. Onun “kruq”u böyük idi. İlqarın həbsindən sonra atam rəhmətə getdi, heç gəlib başsağlığı vermədilər. Elçin Quliyev yasa gəldi, 2 gün sonra onun özünü də hərləyib tutdular.

– Deyirsiniz ki, Elçin Quliyevi İlqar Əliyevin yasına gəldiyinə görə həbs etdilər?

– Mən nə deyim, hər şey göz qabağındadır.

– Atanız nə vaxt rəhmətə gedib? 

– 2016-cı ilin mayında. Kənddə dəfn etdik. Quruca başsağlığı belə vermədilər. Atam 20 il kolxoz sədri işləmişdi, heç kimin xətrinə dəyməmişdi. Əzazil adam da deyildi. Bizim nəsildə rüşvət alan olmayıb. Kiminsə boğazına çöküm ki, mənə pul ver, belə söhbət olmamışdı. İlqar da ömrü böyü elə şey etməzdi. O, uşaqlıqdan barama saxlayırdı, pambıq qurudurdu, taxıl əkirdi.

– Vəzifədə olanda biznesi vardı?

– Yox, olmayıb. Onun biznes saxlamağa vaxtı nə gəzirdi.

– Onun bahalı maşınları, bir neçə evlərinin olması haqda mətbuatda kifayət qədər məlumatlar vardı…

– Orada işləyənlərin hamısında olur da. Özün bilmirsən orada vəziyyət nətərdi?

– Yox, bilmirəm. Necə olub orada vəziyyət? 

– Bu gün adi polisin imkanı İlqarın imkanından artıq idi. Düz demirəm?

– Yəqin aranızdakı mübahisələr də elə belə məsələlərə görə baş verib? 

– Hə, olurdu. Onun nəyi vardı ki? O boyda vəzifə daşıyan adamın 1 maşını vardı, 1 də evi. Evi də dövlət vermişdi. Biznesinin olması haqda məlumatlar yalandır. Biznesi olsaydı, mən gedib kənddə qoyun niyə güdürdüm? Qardaşıyam da, mənə verərdi də. Pırnıx deyirik adına, xurma yəni, bağımda var, yığıb satıram. Yazırlar ki, guya İlqarın gölü olub. Guya göl atamda olub, atam da həbsindən sonra satıb. Yəni olmayan şeyləri də yazırlar.

– Sizin susqunluq nümayiş etdirib həmin yazılara ilk gündən münasibət bildirməməyiniz belə məlumatların bolluğunu yaradıb. İlqar Əliyevin özünü öldürməsi, öldürülməsi haqda dəfələrlə yazılıb. Akif Çovdarov vəkili vasitəsilə məlumat yayıb ki, İlqarı öldürüb sonra asıblar. Amma siz susursuz. Niyə? 

– Zaman hər şeyi ortaya çıxaracaq. Kim istəyirdisə, gəlib bizdən soruşaydı. Biz Göyçayın Çərəkə kəndində yaşayırıq. Yəni kim gəlib soruşsaydı, bildiyimizi deyəcəkdik. İlqar özünü asan oğul deyil. Bunu hamı bilir. Vaxtı gələndə haqqımızı tələb edəcəyik. Belə götürəndə respublikada ən düzgün işləyən MTN idi. Onlar gedib bir yetim-yesirdən pul almışdılar?

– İlqar Əliyevin həbsindən sonra Akif Çovdarov və ya iş yoldaşlarından kimsə sizə baş çəkirdi? 

– Yox, heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər. Vəzifədə olanlar xüsusən qaçır bizdən. İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Mübariz müəllim gəldi. İlqarın hüzründə, gələ bilməmişdi, xəstə olmuşdu, amma gəlib başsağlığı verdi. Ümumiyyətlə isə bizim əxlaqımızı korlayıblar. 20 il bundan sonra da düzələn deyil. Dediklərimin qəzetdə olduğu kimi gedəcəyinə də inanmıram. Çünki hamıya tapşırıblar ki, bizim fikrimizi yazmasınlar. Siz də yazmayacaqsız.

– Rəisi Elçin Quliyevlə münasibəti necə idi? 

– İlk gündən – işə girəndən bir yerdə işləyirdilər. O vaxtlar, İlqar işə girəndə rüşvət yox idi. Kişi kimi imtahan verib girmişdi.

– Təhsili nə idi? 

– Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdi. Uşaq vaxtı hüquqşünas olmaq istəyirdi. Elə oldu ki, şərqşünaslığa düşdü. Bəlkə də inanmayacaqsız, İlqar 4-cü sinifdə oxuyanda “Qara volqa”nı oxuyurdu. O vaxt belə idi ki, elə uşaqları qabağa çəkirdilər.

– Qardaşınızın qabağa çəkilməsi olmuşdu? 

– Hə, belə bir söhbət olmuşdu. İlqar  məndən 4 yaş böyükdür.

– İlqar Əliyevin həyat yoldaşının onun ölümünün obyektiv araşdırmasını tələb etməsi xəbəri doğrudur? 

– Kimdən kimə şikayət edəcək? Səndən sənə şikayətim ola bilər? Kimdən kimə şikayət edəsən? Kim baxacaqdı şikayətə? Yəni oğlanlar vardı ki, İlqarın sağlığında heç məni qoymurdular ki, gedim onunla görüşüm. Onu az qala “kruq”a alırdılar. Dərdim-sərim olanda görüşürdüm, sözümü deyəndə ətrafındakılar hərəsi bir tərəfə çəkib “vaaay, müəllim, bunu bizə de” deyirdilər. İlqar həmişə Novruz bayramında kəndə gəlirdi. Bütün kəndi, bütün məhləsini yığırdı başına, yemək-içmək, böyük bir tonqal qalatdırırdı. Biri şeir deyirdi, biri mahnı oxuyurdu. İlqar çox gözəl insan idi.

– Həbsdə olanda onunla telefonla danışırdız? 

– Mən danışmırdım, yoldaşı danışırdı. 10 dəqiqə vaxt verirdilər. Deyirdim qoy uşaqları ilə danışsın.

“İşi çox ağır idi. Bütün agentlər bunun boynunda idi. O mərkəzdə 2 əsas adam var idisə, biri də elə İlqar idi. Hökumət üçün işləyirdi”

– Neçə övladı qaldı? 

– İki uşağı var, oğlunun 5, qızının 14 yaşı var.

– Ailəsinə təqaüd verilməsi ilə bağlı müraciətiniz olub? 

– Yox, olmayıb. Onun xidmətdə olmasının 20 ili 2016-cı ilin fevralında tamamlanacaqdı…

– Deməli, 1996-cı ildən təhlükəsizlik orqanında işləyirdi? 

– Hə, 1996-cı ilin fevralından. Gözləyirdi ki, təqaüd yaşı çatsın. İstəyirdi ki, işdən bir qədər aralaşsın.

– Nəsə problemi vardı?

– Səhhəti də imkan vermirdi, iş də çox ağır idi. İlqar sutka ərzində 1 saat yatardı. İşlə bağlı vaxtı yox idi.

– Səhhətindəki problemlər ciddi idi? 

– Şəkəri vardı. Bizdə nəsildə çoxlarında şəkər var. Atamda da, məndə də vardı. İlqar can qoydu, hüzrünə də gəlmədilər.

– Ətrafında olanları deyirsiz?

– Hə, saymadılar, yasa da gəlmədilər.

– Umduğunuz şəxslər kimlər idi? 

– İş yoldaşları, rəhbərliyi.

– Eldar Mahmudovu nəzərdə tutursuz? 

– Zəng də eləmədilər. Onların əmrlərini yerinə yetirmişdi də. Vəsatət də yazıb həbsinə ciddi şəkildə etiraz edirdi. Dərhal azad olunmasını istəyirdi. Məhkəmədə də bunu demişdi. Tələb etmişdi ki, onu azad etsinlər.

– Niyə məhz ilk həbs olunanlardan biri İlqar Əliyev oldu? Bu haqda bir mülahizəniz, fikriniz varmı? 

– Hə, birinci onu tutdular. Bilmirəm niyə. Onu bilirəm ki, bu məsələ gec-tez açılacaq. Bildiyim odur ki, İlqar özünü asacaq qədər aciz deyildi. İndinin özündə də hər gün yuxuma girir. Zaman hər şeyi həll edəcək. Bundan artıq nəsə demək istəmirəm.

Previous Post

Türmədə intihar etmiş MTN polkovnikinin qardaşı danışdı – sensasiya!

Next Post

Türkiyə 14 şəhid verdi – 138 İŞİD-çi məhv edildi

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Türkiyə 14 şəhid verdi - 138 İŞİD-çi məhv edildi

Türkiyə 14 şəhid verdi - 138 İŞİD-çi məhv edildi

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.