"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

03 Noyabr 2026 - 16:25
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycan Dəmir Yollarının rəhbərliyi ilə ölkənin yükdaşımalarında mühüm paya malik olan və ADY ilə intensiv əməkdaşlıq edən şirkətlərin nümayəndələri arasında görüş keçirilib.

Bunu da oxuyun

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı ötüb

ADY-dən Elchi.az-a verilən məlumata görə, görüşün əsas məqsədi ADY-nin yükdaşıma sahəsində gördüyü işlər və əldə etdiyi nəticələr barədə biznes tərəfdaşlarını məlumatlandırmaq, onların təkliflərini dinləmək, birgə yanaşmaları müəyyənləşdirmək və perspektivləri müzakirə etmək olub.

ADY sədri yükgöndərənlərin ölkə iqtisadiyyatının və nəqliyyat-logistika sektorunun inkişafındakı rolunu yüksək qiymətləndirib. Bildirilib ki, ADY-nin fəaliyyətində müştəriyönümlülük, açıqlıq və şəffaflıq əsas prinsiplərdəndir.

Bundan əvvəl yük sahibləri ilə ayrı-ayrılıqda görüşlərin keçirildiyini xatırladan ADY sədri qeyd edib ki, daşıma həcmləri baxımından əsas yükgöndərənlərlə bu formatda ilk görüşün keçirilməsi Azərbaycan Dəmir Yollarının müştəriləri üçün açıq və əlçatan olmasının, eləcə də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına verdiyi önəmin göstəricisidir.

Görüş zamanı iştirakçılara ADY-nin yükdaşıma infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr, yükdaşımalar sahəsində aparılan islahatlar barədə məlumat verilib. Qeyd olunub ki, Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması yekunlaşıb, növbəti mərhələdə bu xəttin dəyişən cərəyana keçidi üzrə işlərə başlanılacaq. Həmçinin bildirilib ki, Astara Terminalında tikinti işləri tamamlanıb, Bakı–Böyük Kəsik xəttində enerji təchizatı, rabitə və işarəvermə sistemlərinin yenilənməsi və Ələt–Osmanlı–Astara xəttinin əsaslı təmiri davam etdirilir. Artıq Osmanlı–Astara xəttində qatarların sürəti artırılıb, bu da daha çox yük həcmlərinin daşınmasına imkan verir. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra xəttin buraxıcılıq qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona çatdırıldığı vurğulanıb.

Hərəkət tərkibinin yenilənməsi, lokomotiv və vaqon parkının genişləndirilməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Məlumat verilib ki, 2025-ci ildə 300 yeni yük vaqonu alınıb, 2026-cı ilin sentyabrında isə Çindən 7 ədəd müasir AC50 markalı magistral yük lokomotivi Azərbaycana gətirilib. Daha 14 lokomotivin alınması istiqamətində danışıqlar aparılır. Növbəti il daha 250 vaqonun alışı üçün işlər davam etdirilir. Bu tədbirlər dəmir yolu şəbəkəsinin daşıma imkanlarının genişləndirilməsinə və xidmətlərin etibarlılığının artırılmasına xidmət edir.

Tədbirdə yükdaşıma sahəsində həyata keçirilən institusional və rəqəmsal transformasiya tədbirlərinə xüsusi diqqət ayrılıb. Bildirilib ki, “ADY Express” modeli çərçivəsində dəmir yolu, liman və dəniz nəqliyyatı xidmətlərinin vahid pəncərə prinsipi əsasında təqdim edilməsi nəzərdə tutulur. “Bir müqavilə, bir menecer və bir hesab” yanaşması müştərilərin müxtəlif xidmətlərdən daha rahat və operativ istifadə etməsinə, daşınma proseslərinin vahid qaydada əlaqələndirilməsinə imkan yaradacaq.

Eyni zamanda, yükdaşımaların rəqəmsallaşdırılması, elektron qaimələrin tərtibi, daşımaların izlənilməsi və tariflərin avtomatik hesablanması istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, müştərilərə xidmətlərin əlçatanlığını artırmaq məqsədilə yaradılmış portal.ady.az platforması üzərindən hazırda 11 elektron xidmət təqdim edilir. Növbəti mərhələdə müştəri kabinetinin funksionallığının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, yük sahiblərinin Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarını real vaxt rejimində izləməsi üçün ADY tərəfindən “Cargo tracking” (Cargo-tracking.ady.az) platformasının istifadəyə verildiyini, yeni rəqəmsal xidmətin yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaratdığı qeyd olunub.

Görüşdə tarif siyasəti, güzəşt mexanizmləri və yükdaşımaların iqtisadi səmərəliliyinin artırılması məsələlərinə də toxunulub. Müştərilərə tarif güzəştlərinin tətbiqi zamanı yük həcmlərinin artırılması, zəmanətli həcm, yeni yük axınlarının cəlb edilməsi, alternativ marşrutların rəqabət qabiliyyəti və digər iqtisadi amillərin nəzərə alındığı bildirilib.

Tədbirin interaktiv müzakirə hissəsində yükgöndərənlərin qaldırdıqları məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə vaqon və platforma təminatı, yüklərin təyinat məntəqələrinə çatdırılma müddətləri, stansiyalarda əməliyyatların təşkili, tarif və yığımların tətbiqi ilə bağlı suallar cavablandırılıb.

Görüşün sonunda tərəfdaşlarla birbaşa və açıq dialoqun prioritet olduğunu və bu cür görüş və müzakirələrin davamlı təşkil ediləcəyi, digər yükgöndərənlərlə də görüşlərin keçiriləcəyi bildirilib.

ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirirADY yükgöndərənlərlə açıq dialoqu gücləndirirADY yükgöndərənlərlə açıq dialoqu gücləndirirADY yükgöndərənlərlə açıq dialoqu gücləndirirADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir
Previous Post

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

Next Post

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Bənzər yazılar

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

03 Noyabr 2026 - 12:29

Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib. Elchi.az Mərkəzi Banka...

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

03 Noyabr 2026 - 11:50

Azərbaycan-İtaliya Biznes Forumu noyabrın 23-də Bakıda keçiriləcək. Elchi.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “X” hesabında məlumat yayılıb....

Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı ötüb

Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı ötüb

03 Noyabr 2026 - 09:59

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı il 30 sentyabr tarixinə ümumi 180 mlrd. 040,9 mln. manat həcmində vəsaiti dövlət...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

03 Noyabr 2026 - 09:47

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, noyabrın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Next Post
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

03 Noyabr 2026 - 17:45
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul edəcək

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul edəcək

03 Noyabr 2026 - 17:34
Polşanın iki hava limanında bomba xəbərdarlığı

Polşanın iki hava limanında bomba xəbərdarlığı

03 Noyabr 2026 - 17:26
ABŞ-da həlledici gün: Aralıq seçkilərdə səsvermə başlayır

ABŞ-da həlledici gün: Aralıq seçkilərdə səsvermə başlayır

03 Noyabr 2026 - 17:12
“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

03 Noyabr 2026 - 17:09
NATO nümayəndələri Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Brüsseldə müttəfiqlərlə görüşəcəklər

NATO nümayəndələri Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Brüsseldə müttəfiqlərlə görüşəcəklər

03 Noyabr 2026 - 16:57
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

03 Noyabr 2026 - 16:40
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

03 Noyabr 2026 - 16:31
ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

03 Noyabr 2026 - 16:25
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

03 Noyabr 2026 - 16:12
Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

03 Noyabr 2026 - 12:29
Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

03 Noyabr 2026 - 12:20
Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

03 Noyabr 2026 - 12:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.