Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.
Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla münaqişənin noyabr ayındakı aralıq seçkilərdən əvvəl başa çatacağını və ya həmin vaxta...





















Son şərhlər