İlkin məlumatlara görə, Filippin sahillərində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər həyatını itirib, 87 nəfər isə itkin düşüb.
Elchi.az xəbər verir ki, Filippində fəaliyyət göstərən “GMA Network” yayım şirkətinin məlumatına əsasən, rəsmilər paytaxt Maniladan Palavan əyalətinin Koron bölgəsinə hərəkət edən sərnişin bərəsində naməlum səbəbdən yanğın baş verdiyini bildiriblər.
Rəsmilər ümumilikdə 134 nəfərin (117 sərnişin və 17 ekipaj üzvü) olduğu bərədə yanğın baş verməsi nəticəsində 5 nəfərin öldüyünü açıqlayıblar.
İndiyədək 42 nəfərin xilas edildiyini qeyd edən rəsmilər, itkin düşmüş 87 nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər.
Şayəstə





















