Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.
Tramp: “İranla Yaxın Şərq, İsrail və Avropanı qorumaq üçün döyüşürük”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla mübarizənin yeganə səbəbi təkcə milli təhlükəsizlik deyil, həm də Yaxın Şərqi, İsraili və...





















Son şərhlər