ABŞ Prezidenti Donald Tramp İrana bir çox cəhətdən ciddi ziyan vurduqlarını bildirərək, “Bir az daha irəli gedə bilərik” dedi.
Elchi.az xəbər verir ki, Ayova ştatında keçiriləcək seçki mitinqinə yola düşməzdən əvvəl Ağ Evin qarşısında jurnalistlərlə söhbət edən Prezident Tramp mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
3 noyabr tarixli Konqresə aralıq seçkiləri ərəfəsində seçicilərin İranla müharibə ehtimalı və yanacaq qiymətləri ilə bağlı vəziyyətdən razı olub-olmadıqları barədə suala cavab olaraq, Prezident bəzi insanların bundan məmnun qaldığını, digərlərinin isə narazı olduğunu qeyd etdi.
Tramp, “Bəziləri bunu bəyənir, bəziləri isə yox,” – deyə bildirdi. “Hər şeyin bir bədəli var. Lakin ölkəsini sevən bir çox insan bundan həqiqətən məmnun qaldı.”
İrana bir çox cəbhədə ciddi ziyan vurduqlarını iddia edən Tramp, “Onlara qarşı çox sərt addımlar atdıq və bir az daha irəli gedə bilərik,” – dedi.
Trampın Rusiya-Ukrayna məsələsinə yanaşması
Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı suala cavab verərkən Tramp dəqiq bir fikir bildirmədi.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın son hücumlarının “(Rusiya Prezidenti Vladimir) Putinin sülh istəmədiyinin sübutu” olduğu barədə fikrinə münasibət bildirən Tramp, “Görək, hər şey necə nəticələnəcək. Belə hallar tez-tez baş verir,” – dedi.
Şayəstə





















