ABŞ hüquq-mühafizə orqanları uçuş zamanı təyyarəni qaçırmaq niyyətində olduğu ilə bağlı zarafat edən sərnişini həbs ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Polisin məlumatına görə, 25 yaşlı Dante Miln Las-Veqasdan Nyuarka uçuş zamanı messencerdə həmkarına “bu təyyarəni qaçırmaq” niyyətində olduğunu yazıb. Yanından keçən stüardessa mesajı görüb və təhlükə barədə hava gəmisinin kapitanına xəbərdarlıq edib. Kapitan bortu Las-Veqasa qaytarmaq qərarına gəlib.
Saxlanılan şəxsin vəkili müvəkkilinin təqsirsiz olduğunu iddia etmək niyyətindədir. Agentlik qeyd edir ki, ABŞ-ın əksər ştatlarında bu cür zarafatlar cinayət məsuliyyəti yaradan əməl sayılır.
Şayəstə





















