Polşa Müdafiə Nazirliyi növbəti hərbi yardım paketi çərçivəsində Ukraynaya iki ədəd “MiQ-29” qırıcı təyyarəsi vermək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti Müdafiə Nazirliyinin nümayəndəsi general Dariuş Lukovskiyə istinadən məlumat yayıb.
Bu məlumatlara görə, qırıcılardan biri artıq uçuş resursunu tamamilə bitirib, ikincisi isə hazırda Polşa Hərbi Hava Qüvvələri tərəfindən istismar olunur. Təyyarələrin yaxın vaxtlarda təhvil veriləcəyi nəşrdə qeyd olunur.
Hərbi yardım paketinin ümumi dəyəri təxminən 50 milyon avro təşkil edəcək, deyə nəşr yazır. İki “MiQ-29″dan başqa Ukraynanın hansı silahları alacağı barədə məlumat verilmir.
2025-ci ilin dekabrında Polşanın müdafiə idarəsi 2025-ci ilin sonunadək istismardan çıxarılmalı olan 6-dan 8-dək “MiQ-29” qırıcısının Ukraynaya veriləcəyi planları barədə məlumat vermişdi. Ümumilikdə Polşa HHQ-nin heyətindən bu tipli 14 təyyarənin çıxarılması planlaşdırılırdı.
Şayəstə





















