Prezident seçkilərində məğlub olan Braziliya siyasətçisi Flavio Bolsonaru məhkəmə qadağasını pozaraq ABŞ-a getdikdən sonra özünü “Braziliya lideri” elan edib.
Elchi.az “dpa” agentliyinə istinadən xəbər verir ki, Mayamiyə gəldikdən sonra verdiyi ilk ictimai bəyanatda o, əvvəlcə özünü “həqiqi seçilmiş prezident”, daha sonra isə bu ifadəni dəyişərək “Braziliyanın lideri” adlandırıb.
Bolsonaru hakimiyyəti seçki nəticələrini saxtalaşdırmaqda ittiham edib və siyasi mübarizəni xaricdən davam etdirmək niyyətində olduğunu bildirib.
“Mən Braziliyadan qaçmadım. Mən Braziliya naminə getdim”, – deyə o, “X” sosial şəbəkəsində yazıb və cinayət təqibinin siyasi motivli olduğunu iddia edib.
Rəsmi məlumatlara görə, seçkilərin ikinci turunda Bolsonaru 48,2% səs toplayaraq 51,8% səs yığan hazırkı prezident Luis İnasio Lula da Silvaya məğlub olub. Bolsonarunun partiyası artıq Lulanın qələbəsini tanıyıb.
Bildirilir ki, siyasətçi ölkəni Argentina vasitəsilə tərk edib və ailəsi ilə birgə Mayamiyə gəlib. Daha əvvəl məhkəmə pul yuyulması ehtimalı ilə bağlı aparılan təhqiqat çərçivəsində onun Braziliyadan çıxışına qadağa qoymuşdu. Bolsonaru özü bu ittihamları rədd edir.
Şayəstə





















