ABŞ-ın “Google” korporasiyası yeni flaqman modeli olan “Gemini 4 Carbon”u təqdim edib.
Elchi.az xəbər verir ki, bu barədə çərşənbə günü tərtibatçı şirkət məlumat yayıb.
“Bu gün biz növbəti flaqman modelimizi təqdim edirik: Gemini 4 Carbon – qabaqcıl kibertəhlükəsizlik sistemlərinə və böyük vəd verən funksiyalara malik ən güclü modelimizdir”, – deyə şirkətin saytında dərc olunan press-relizdə bildirilir.
Bəyanata əsasən, məhsul “Artificial Analysis Intelligence Index” reytinginin yenilənmiş versiyasında 59 xalla birinci yeri tutub, həmçinin xətaların tapılması, istismarı və düzəldilməsi üzrə müvafiq olaraq “SEC-bench Pro” (88,2%), “ExploitGym” (54,8%) və “CWE-bench” (71%) testlərində ən yüksək nəticələri göstərib.
“Google” yaxın vaxtlarda istifadəçilərə “Gemini 4 Carbon” modelinə giriş imkanı yaratmağı planlaşdırır.
Məryəm




















