ABŞ-ın keçmiş prezidenti Donald Trampın ayaqlarında yaranan şişliklərdən sonra ona xroniki venoz çatışmazlıq diaqnozu qoyulub. Ağ Ev, bu diaqnozun cümə axşamı aparılan geniş tibbi müayinə nəticəsində təsdiqləndiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Xroniki venoz çatışmazlıq – ayaqlardakı toplardamarların qanın ürəyə kifayət qədər qaytarmamasından qaynaqlanan bir vəziyyətdir. Bu pozuntu ayaq biləklərində və baldırlarda şişlik, ağrı, varikoz damarlar və irəliləmiş hallarda açıq yaralara səbəb ola bilər.
Trampa bu diaqnoz, ayaqlarında nəzərəçarpacaq şişliklərin meydana gəlməsindən sonra qoyulub.
Ağır xəstəliklər istisna edilib
Mütəxəssislər, eyni əlamətləri verə bilən ürək çatışmazlığı, böyrək xəstəlikləri və damar tıxanıqlığı kimi daha ciddi problemlərin istisna edildiyini bildiriblər. Diaqnoz doppler ultrasəs müayinəsi ilə, ayaq damarları yoxlanıldıqdan sonra dəqiqləşdirilib.
Hərəkətsizlik və yaş əsas risk amilləridir
Xəstəliyin əsas səbəblərinə uzun müddət oturaq və ya ayaqüstə qalmaq, damar qapaqcıqlarında zədələnmə, artıq çəki və yaşlılıq daxildir. Trampın 78 yaşı olması da bu baxımdan əsas risk faktorlarından biri sayılır.
Müalicəyə başlanılıb
Ağ Ev mənbələri Trampın artıq müalicəyə başladığını və kompressiya corabları ilə dəstəkləndiyini bildirir. Eyni zamanda, ayaqların yuxarıda saxlanması, müntəzəm fiziki aktivlik və çəkiyə nəzarət də tövsiyə olunub.
Mütəxəssislərə görə, bu xəstəlik vaxtında müdaxilə ilə nəzarət altına alına bilər. Lazım olduqda dərman müalicəsi və ya damar daxili müdaxilələr də tətbiq edilə bilər.
Şayəstə Hüseynova


















