"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
in SİYASƏT
FacebookVatsap

Dünya üçün Azərbaycan nümunəsi var. Siyasi və iqtisadi müstəqilliyini tam təmin edərək region liderliyindən qlobal arenaya sürətlə yüksələn ölkəmizin təşəbbüs və təklifləri qəbul olunur, onunla əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verilir. Prezident İlham Əliyevin qlobal liderliyi ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir. Bunun nəticəsidir ki, Bakı beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Dünya liderlərinin paytaxtımızda toplaşması yeni hadisə sayılmır. Qlobal gündəmin aktual məsələlərinin Bakıda müzakirə olunması və həlli istiqamətində prinsipial addımların atılması dövlətimizin artan qüdrətindən xəbər verir. Bu gün Bakı yenidən dünyanın diqqət mərkəzindədir. Bu dəfə paytaxtımız Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına ev sahibliyi edir.

Bunu da oxuyun

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Əvvəla, ondan başlayaq ki, dünya liderlərinin Bakıda bir araya gəlməsi ölkəmizin qlobal dialoq və əməkdaşlıq proseslərindəki rolunu bir daha gündəmə gətirdi. Bu toplantı ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində qazandığı etimadın göstəricisidir. Bəs niyə məhz Azərbaycan? Sualın cavabı sadədir. Çünki dünyanın müxtəlif regionlarını təmsil edən dövlət rəhbərlərinin Bakıda toplaşması ölkəmizin artan siyasi çəkisinin, beynəlxalq nüfuzunun və əməkdaşlıq imkanlarının nümayişidir! Prezident İlham Əliyevin liderliyi ölkəmizin beynəlxalq proseslərdə fəal iştirakını, təşəbbüs və təkliflərinin qəbul olunmasını şərtləndirən əsas və başlıca amildir.

İkincisi, Prezident İlham Əliyev toplantıda AQEM-in bu mötəbər tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini ətraflı şəkildə ifadə etdi. Dövlət başçısı 2024-cü ildə Azərbaycanın təşkilata sədrliyinə bütün üzv dövlətlərin yekdil dəstəyini ölkəmizə göstərilən hörmət və etimadın ifadəsi kimi dəyərləndirdi. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyə, Asiya ilə Avropa arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə və Avrasiya məkanında birləşdirici mərkəz kimi artan roluna göstərilən etimadın göstəricisidir. Prezident İlham Əliyev çıxışında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə ikitərəfli və çoxtərəfli
əməkdaşlığın regional təhlükəsizliyin möhkəmləndirilməsindəki rolunu aydın şəkildə ortaya qoydu.

Üçüncüsü, hibrid təhdidlərin və münaqişələrin geniş vüsət aldığı müasir dövrdə beynəlxalq təşkilatlar, xüsusilə BMT kimi yüksək nüfuza malik qurumlar ədalətin bərpasında ciddi çətinliklərlə üzləşirlər. Prezident İlham Əliyev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini tarixi faktlara və beynəlxalq hüququn tətbiqindəki ikili standartlara yönəltdi. Azərbaycanın üzləşdiyi hadisələr göstərdi ki, beynəlxalq sənədlərin qəbulu problemin həlli üçün kifayət etmir. Əsas məsələ həmin sənədlərin icrasını təmin etmək, beynəlxalq hüququn tələblərinə əməl olunmasına nail olmaq və bütün dövlətlərin suverenliyi ilə ərazi bütövlüyünə eyni hüquqi prinsiplərlə yanaşmaqdır.

Dördüncüsü, Azərbaycanın AQEM-ə ikiillik sədrliyi təşkilatın institusional inkişafı və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə yadda qaldı. Ölkəmiz nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində birgə fəaliyyətin inkişafına xüsusi diqqət yetirdi. Üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən təşəbbüslər AQEM-in imkanlarını gücləndirdi, təşkilatın üzvlük coğrafiyasını genişləndirdi. Azərbaycanın sədrliyinin daha iki il uzadılmasına verilən yekdil dəstək ölkəmizin təşkilat daxilindəki fəaliyyətinə göstərilən etimadın ifadəsi oldu. Ölkəmiz üzərinə götürdüyü məsuliyyətə hər zaman həssaslıqla yanaşmış, dürüstlük və ədalət prinsiplərinə sadiqliyi ilə üzv dövlətlərin etimadını qazanmışdır. Sədrliyin uzadılması barədə yekdil qərar da bu etimadın və Azərbaycanın fəaliyyətinə verilən qiymətin göstəricisidir.

Nəhayət, Avropanın bir parçası, “köhnə
qitə”-nin enerji, iqtisadi və siyasi həyatında önəmli ölkə olan Azərbaycan AQEM-ə sədrliyi dövründə Asiya ölkələri arasında əlaqələrin güclənməsinə, əməkdaşlığın genişlənməsinə, inkişaf və tərəqqiyə töhfə verir. Bu, həm də o deməkdir ki, bu günün Azərbaycanı ilə hər birimiz fəxr etməliyik. Prezident İlham Əliyevin lideri olduğu ölkəmiz beynəlxalq münasibətlərdə öz sözünü deyən, müxtəlif dövlətlərlə əməkdaşlığını genişləndirən nüfuzlu tərəfdaş kimi çıxış edir. Azərbaycanın AQEM-ə sədrliyi də Avrasiya məkanında əməkdaşlığın inkişafı ilə də yadda qalır. Ölkəmiz qüdrətləndikcə, beynəlxalq aləmdə sözü eşidildikcə Ulu öndər Heydər Əliyevin dahiyanə fikirlərindəki strateji uzaqgörənliyin böyüklüyünü daha aydın görürük. Böyük lider əsrin sonlarında ölkəmizin daxili və xarici düşmənlərinə xitabən bəyan etmişdi ki, siz elə bilirsiniz, Azərbaycan həmişə belə zəif qalacaq? Siz səsi və sözü beynəlxalq aləmdə eşidilən Azərbaycanı görəcəksiniz. Bu gün həmin fikirlərin gerçəkliyini yaşayırıq. Ümummilli liderin qurduğu dövlətin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda sədr kimi qlobal problemlərin həllinə öz töhfəsini verir. Böyüklük və qüdrətli olmaq da elə budur!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Previous Post

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Next Post

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Bənzər yazılar

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35

Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı Qərbi Azərbaycan Tv-də professor, filologoya elmlər doktoru Mahirə Nağıqızının müəllif olduğu “Ziyalı”...

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə,...

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron...

Next Post
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - YENİLƏNDİ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.