“Liverpul”un hücumçusu Bredli Barkola UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunun ən yaxşı futbolçusu seçilib.
Elchi.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
O, azarkeşlər arasında keçirilən səsvermədə Harri Keyn (“Bavariya”), Lamin Yamal (“Barselona”) və Nikolo Tresoldini (“Brügge”) qabaqlayıb.
Qeyd edək ki, fransalı futbolçu Avstriyada LASK-la keçirilən görüşdə het-trik edib. “Liverpul” həmin qarşılaşmada 6:3 hesablı qələbə qazanıb




















