Özbəkistan Prezidenti uşaqlara qarşı cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.
Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva məlumat verib.
Sənəd beş məcəlləyə və altı qanuna dəyişiklikləri nəzərdə tutur.
Yeni normalara əsasən, uşağa qarşı cinsi zorakılığa görə 25 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Bu cür cinayətlər üzrə iddia müddəti ləğv edilir.
Məryəm





















