Tramp: Nyu Yorku xilas edəcəm

🗓 02.07.2025 19:58 ✍️ "Elçi" qəzeti
Tramp: Nyu Yorku xilas edəcəm

ABŞ prezidenti Donald Tramp, "Mən Nyu Yorku xilas edəcəyəm və onu yenidən möhtəşəm edəcəm" dedi.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial media hesabından Nyu-Yorkda keçirilən ilkin seçkilərdə birinci olan Zöhran Məmdani ilə bağlı açıqlama verib.
Tramp, "Birləşmiş Ştatların prezidenti olaraq, mən bu kommunist dəlinin Nyu-Yorku məhv etməsinə icazə verməyəcəyəm. Əmin olun, bütün nəzarət və kartlar məndədir. Mən Nyu-York şəhərini xilas edəcəyəm və köhnə ABŞ-ı etdiyim kimi onu yenidən cəlbedici və möhtəşəm edəcəm" deyib.

Şayəstə Hüseynova

Bənzər yazılar