ABŞ: İranın nüvə proqramı iki il geriləyib

Jurnalistlərin suallarını cavablandıran ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnel ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarında hədəf alınan hər üç hədəfin məhv edildiyini və bu səbəbdən Tehranın nüvə proqramının iki il geri çəkildiyini bildirib.
Elchi.az xəbər verir ki, İranın nüvə obyektləri ilə bağlı ABŞ-dan yeni açıqlama gəlib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell jurnalistlərə açıqlamasında ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi hücumlarda hədəf alınan hər üç hədəfin məhv edildiyini və bu səbəbdən Tehranın nüvə proqramının iki il geri çəkildiyini bildirib. Parnell, "Rəsmi hesablamalar yəqin ki, iki ilə yaxındır" deyib.
ABŞ prezidenti Donald Tramp bazar günü “Fox News” telekanalına müsahibəsində İranın nüvə proqramının “yıxıldığını” bildirib.
Şayəstə Hüseynova