Rusiya: Xarkov və Donetskdə 2 yaşayış məntəqəsi bizim nəzarətimizə keçdi

🗓 03.07.2025 16:00 ✍️ "Elçi" qəzeti
Rusiya: Xarkov və Donetskdə 2 yaşayış məntəqəsi bizim nəzarətimizə keçdi

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov və Donetsk vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürdüklərini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumat paylaşılıb.
Rusiya qüvvələrinin Ukrayna cəbhəsində mövqelərini gücləndirdiyi bildirilən bəyanatda “Xarkov vilayətinin Melovoye qəsəbəsi və Donetsk Xalq Respublikasının Razino qəsəbəsi azad edilib”- ifadəsi də yer alıb.
Açıqlamada qeyd olunub ki, son 24 saat ərzində 169 Ukrayna pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

 

Nuranə Məmmədova

Bənzər yazılar