İspaniyadan İrana: MAQATE-nin qərarından narahatıq

🗓 03.07.2025 17:09 ✍️ "Elçi" qəzeti
İspaniyadan İrana: MAQATE-nin qərarından narahatıq

İspaniya hökuməti İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq qərarından narahatlığını bildirib.
Elchi.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyi İranın MAQATE ilə əməkdaşlığını dayandıran qanunun icrası ilə bağlı açıqlama verib.
Tehran administrasiyasının qərarı ilə bağlı narahatlıqların olduğu bildirilən bəyanatda İran rəsmiləri tərəfindən “ casusluqda ittiham olunan” MAQATE-nin direktoru Rafael Qrossiyə verilən dəstək bir daha vurğulanıb.
İranın nüvə sahəsindəki öhdəliklərinin fərqində olması lazım olduğu vurğulanan bəyanatda, "Biz İranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bütövlüyünü təmin etmək üçün vacib olan Təminatlar və Təftiş Müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq ."
İran Qrossini İsrail və ABŞ-ın onun nüvə obyektlərinə hücumlarını qanuniləşdirməkdə və İsrailin xeyrinə casusluqda ittiham edib və Qrossinin bir daha ölkəyə daxil olmasına icazə verilməyəcəyini açıqlayıb.

 

Nuranə Məmmədova

Bənzər yazılar