Ərəb ölkələri İordan çayının qərb sahili ilə bağlı İsrailə reaksiya verib

🗓 03.07.2025 10:38 ✍️ "Elçi" qəzeti
Ərəb ölkələri İordan çayının qərb sahili ilə bağlı İsrailə reaksiya verib

Ərəb ölkələri qatil İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək çağırışlarını pisləyib və bunun beynəlxalq hüququn açıq şəkildə pozulması və sülhü çətinləşdirən təhlükəli bir hərəkət olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Prezidentin sözçüsü Nabil Əbu Rudeyne bu çağırışları rədd edərək, "bölgəni vulkanın kənarında saxlayacaqları" barədə xəbərdarlıq edib.
Bu bəyanatların beynəlxalq qərarlara və beynəlxalq hüquqa zidd olduğunu qeyd edən Əbu Rudeyne bildirib ki, bu çağırış İsrailin Fələstin davasını ləğv etməyə yönəlmiş planlarını həyata keçirmək üçün israrlı cəhdlərindən biridir.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı da İsrailin ədliyyə naziri Yariv Levinin açıqlamalarını pisləyib və bunun beynəlxalq qərarların açıq şəkildə pozulması olduğunu vurğulayıb.
Bəyanatda Fələstin ərazilərində yaşayış məskənlərinin genişləndirilməsi cəhdinin rədd edildiyi, İsrailin beynəlxalq qərarlara əməl etməyə məcbur edilməsi bir daha vurğulanıb.
Qətər
Qətər isə israilli nazirin "ilhaq" bəyanatlarını pisləyib və bunun İsrailin məskunlaşma, müstəmləkəçi və irqçi siyasətlərinin davamı olduğunu və beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu qeyd edib.
Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, İsrailin regional təhlükəsizliyi təhdid edən təhlükəli siyasətləri, o cümlədən Qüdsü yəhudiləşdirmək planları ilə mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin həmrəyliyinə təcili ehtiyac var.
Küveyt
Küveyt də İsrail hakimiyyətinin bir qrup nümayəndəsinin İordan çayının qərb sahilindəki əraziləri də əhatə edəcək şəkildə işğalı genişləndirmək çağırışlarını kəskin şəkildə pisləyib.
Xarici İşlər Nazirliyinin bəyanatında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) beynəlxalq sülh və təhlükəsizliyin qorunması və beynəlxalq qətnamələrin müdafiəsi rolunu öz üzərinə götürməyə çağırıb.
Misir və İordaniya daha əvvəl ilhaq çağırışlarına reaksiya vermişdi.

Şayəstə Hüseynova

Bənzər yazılar