Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

🗓 03.07.2025 12:06 ✍️ "Elçi" qəzeti
Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Elchi.az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

Xəbərdarlığa əsasən, iyulun 3-də günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-da gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin sürətinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m-ə, sonrakı inkişafda isə 4.0-5.0 m-ə çatacağı proqnozlaşdırılır.

Bənzər yazılar