Məşhur futbolçu karyerasını bitirdi

🗓 03.07.2025 11:31 ✍️ "Elçi" qəzeti
Məşhur futbolçu karyerasını bitirdi

Xorvatiyanın "Hayduk" klubunun futbolçusu İvan Rakitiç karyerasını başa vurub.

Elchi.az xəbər verir ki, bu barədə Split təmsilçisinin baş məçqçisi Qonsalo Qarsiya bildirib.

37 yaşlı yarımmüdafiəçinin “Hayduk”la müqaviləsi iyulun 1-də başa çatıb. Rakitiç tezliklə klubun idman departamentində işləyəcək.

“Rakitıç karyerasını bitirir. O, ağıllıdır, yaxşı ideyaları var və futbolu mükəmməl anlayır. Amma hazırda onun üçün çətin bir dövrdür. Butsları kostyumla əvəzləmək asan deyil” – baş məşqçi bildirib.

Xatırladaq ki, İvam Rakitiç Xorvatiya millisinin heyətində 2018-ci il dünya çempionatının gümüş medalçısı, İspaniyanın “Barselona” komandası ilə 2014/2015 mövsümündə UEFA Çempionlar Liqasının qalibi, “Sevilya” ilə 2013/2014 və 2022/2023 mövsümlərində UEFA Avropa Liqasının qalibi olub.

Bənzər yazılar