İlon Mask ISS-i təqaüdə çıxarmağa çağırır

🗓 03.07.2025 11:54 ✍️ "Elçi" qəzeti
İlon Mask ISS-i təqaüdə çıxarmağa çağırır

İlon Mask beynəlxalq ictimaiyyəti diqqətini Marsa yönəltməyə çağırıb.
Elchi.az xəbər verir ki, Amerikalı sahibkar İlon Mask beynəlxalq ictimaiyyəti diqqətini Marsa uçuşlara yönəltməyə çağırıb. Müvafiq müraciət onun X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“İSS-i təqaüdə çıxarmağın və diqqəti Marsa yönəltməyin vaxtıdır.
2024-cü ildə Mask Marsın koloniyalaşdırılmasının ən azı 1 milyon insan və bir neçə milyon ton yük tələb edəcəyini və bu yükün 20 ildən sonra oraya çatdırıla biləcəyini söylədi.
17 mart 2025-ci ildə Mask insanların yaxın 5-7 il ərzində ilk dəfə Marsa ayaq basa biləcəyini söylədi. Eyni zamanda, onun fikrincə, bu planetin koloniyalaşdırılmasında əsas məsələ Yerin texnoloji inkişafı olacaq. Sahibkar izah edib ki, insanlar öz planetindən asılı olmayaraq həyatı dəstəkləyə və inkişaf edə bilməsələr, Marsda “ayaq qazana” bilməyəcəklər.
Eyni zamanda, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bəyan edib ki, yaxın 5 ildə bəşəriyyət Marsa astronavtların sağ qala biləcəyi uçuşu təşkil edə bilməyəcək.

Şayəstə Hüseynova

Bənzər yazılar