İndoneziyada bərə batıb: 38 nəfər itkin düşüb

İndoneziyada 65 nəfərin olduğu bərə batıb. 4 nəfərin meyiti tapıldığı halda, 38 nəfər itkin düşüb.
Elchi.az xəbər verir ki, İndoneziyanın Bali adasının sahillərində içərisində 53 sərnişin və 12 ekipaj üzvünün olduğu bərə naməlum səbəbdən batıb.
Bərə limandan ayrıldıqdan təxminən yarım saat sonra baş verən qəzada axtarış-xilasetmə işləri davam edir.
Səlahiyyətlilər 23 nəfərin xilas edildiyini, 4 nəfərin cəsədinin tapıldığını açıqlayıb. İtkin düşən 38 nəfərin axtarışları davam edir. İndoneziyanın Bali adasının sahillərində içərisində 53 sərnişin və 12 ekipaj üzvünün olduğu bərə naməlum səbəbdən batıb.
Bərə limandan ayrıldıqdan təxminən yarım saat sonra baş verən qəzada axtarış-xilasetmə işləri davam edir.
Səlahiyyətlilər 23 nəfərin xilas edildiyini, 4 nəfərin cəsədinin tapıldığını açıqlayıb. İtkin düşən 38 nəfərin axtarışları davam edir.
Şayəstə Hüseynova