Qanada M çiçəyi hadisəsi 133-ə yüksəlib

Qərbi Afrika ölkələrindən biri olan Qanada M çiçəyi virusuna (mpox) yoluxanların sayının 133-ə yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, Qana Səhiyyə Xidməti (GHS) tərəfindən edilən açıqlamada, ölkənin 10 vilayətinin 46 rayonunda M çiçəyi hadisələrinin yayılmağa davam etdiyi bildirilib.
Açıqlamada ölkədə bir həftə ərzində 14 yeni M çiçəyi hadisəsinin aşkar edildiyi, bununla da may ayından bu yana ölkədə yoluxma sayının 133-ə yüksəldiyi bildirilib.
Bildirilib ki, GHS bütün lazımi müdaxilələrin həyata keçirilməsini təmin etmək üçün Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Qana hökuməti mayın 19-da elan edib ki, bu il ilk dəfə 4 nəfərdə M çiçəyi hadisəsi aşkar edilib.
Ölkədə virusun yayılmasının qarşısının alınması məqsədilə yüksək risk qruplarına qarşı peyvənd kampaniyasına başlanılıb.
Şayəstə Hüseynova