ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Çinin İrana silah göndərməməyə razı olduğunu açıqladı.
Elchi.az xəbər verir ki, Prezident Tramp sosial media paylaşımında bildirib: “Çin Hörmüz boğazını birdəfəlik açdığım üçün çox xoşbəxtdir. Bunu həm onlar, həm də dünya üçün edirəm. Bu, bir daha təkrarlanmayacaq. Onlar İrana silah göndərməməyə razılıq veriblər. Bir neçə həftədən sonra ora gedəndə Prezident Si məni qucaqlayacaq. Biz birlikdə ağıllı və çox yaxşı işləyirik”.
Mesajının sonunda Tramp ABŞ-ın hərbi gücünü vurğulayaraq deyib: “Bu, döyüşməkdən daha yaxşı deyilmi? Amma unutmayın ki, əgər məcbur olsaq, biz döyüşməkdə çox yaxşıyıq, hər kəsdən daha yaxşıyıq!”
Məryəm





















