Hindistan heyət üzvləri arasında Hindistan vətəndaşlarının da olduğu kommersiya gəmilərinə Qara dənizdə edilən bir sıra hücumları pisləyir, dialoq və diplomatiyaya, həmçinin gəmiçiliyin təhlükəsizliyinin bərpa edilməsinə çağırır.
Elchi.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval brifinqdə bildirib.
“Son bir-iki gün ərzində biz Qara dəniz regionunda bir sıra hücumların şahidi olduq. Kommersiya gəmiçiliyini təhdid edən və dənizçilərimizin həyatını təhlükəyə atan bu cür hücumları pisləyirik”, – deyə o bildirib.
“Biz dialoq və diplomatiya çağırışımızı bir daha təkrar edirik. Regionda sülhün tezliklə bərpa olunmasını təmin etmək üçün kommersiya gəmilərinə və dənizçilərə hücumlara son qoyulmalıdır. Beynəlxalq su yollarında azad və maneəsiz gəmiçilik mümkün qədər tez bərpa olunmalıdır”, – deyə Caysval vurğulayıb.
Məryəm





















