Yaxın Şərqdəki müharibə səbəbindən Hindistan altı ildən sonra ilk dəfə inkişaf strategiyasını dəyişdirəcək.
Elchi.az xəbər verir ki, The Economic Times qəzetinin məlumatına görə, 2020-ci ildən bəri ilk dəfə olaraq Hindistan iqtisadi qarışıqlıq şəraitində təchizat zəncirlərini qorumaq üçün özünütəmin etmə strategiyasını yenidən nəzərdən keçirir.
Mənbə qeyd edir ki, Hindistanın Baş naziri Narendra Modi hökumətə ölkənin milli inkişaf strategiyası olan Atmanirbhar Bharat (Özünə Güvənən Hindistan) layihəsini yenidən nəzərdən keçirməyi tapşırıb.
Bu strategiya iqtisadiyyatın struktur dayanıqlığını təmin etmək üçün tədbirlərin yenidən nəzərdən keçirilməsini təklif edir. Təhlükəsizlik üzrə kabinet komitəsi yenilənmiş strategiyanın hazırlanmasına nəzarət edəcək. Hörmüz boğazının blokadasının Hindistan iqtisadiyyatına təsirini qiymətləndirmək vəzifəsi ona həvalə olunacaq.
12 apreldə ABŞ-ın İranla əsas müqavilələr pozulduqdan sonra Hörmüz boğazını blokadaya almağa başladığı elan edildi. ABŞ Hərbi Dəniz Qüvvələri İrana rüsum ödəyən gəmiləri beynəlxalq sularda izləyir və saxlayır, həmçinin ərazidəki minaları təmizləməyi planlaşdırır.
Məryəm





















