ABŞ prezidenti Donald Tramp administrasiyası əcnəbi tələbələrin qalma müddətinin məhdudlaşdırılmasını təklif edən yeni qayda layihəsini açıqlayıb.
Elchi.az xəbər verir ki, mövcud qaydalara əsasən, əcnəbi tələbələr təhsil müddətində heç bir müddət məhdudiyyəti olmadan F-vizası ilə ABŞ-da qala bilərlər.
Yeni qayda bu müddəti proqramın müddətindən çox olmamaqla, maksimum dörd illə məhdudlaşdıracaq.
Təhsilini başa vuran tələbələrdən ölkədə qalmaq və ya 60 gün ərzində ölkədən getmək üçün hüquqi statuslarını yeniləmələri tələb olunacaq.
Media və mübadilə proqramları da təsirlənəcək.
Qayda layihəsi təkcə tələbələrə deyil, həm də mədəni mübadilə proqramı iştirakçılarına və xarici media mənsublarına şamil edilir. Xarici media işçilərinin ABŞ-da maksimum qalma müddəti 240 gün olacaq və onlar eyni müddətə uzadılmasını tələb edə bilərlər.
Şayəstə Hüseynova


















