ABŞ Dövlət Departamenti Ukraynaya təxmini dəyəri 825 milyon dollar olan “Havadan Çatdırılan Sursatlar” və müvafiq logistik dəstək avadanlıqlarının hərbi satışını təsdiqləyib.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) satışın təsdiqi ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda deyilir ki, “Dövlət Departamenti Ukrayna hökumətinə təxmini dəyəri 825 milyon dollar olan “Havadan Çatdırılan Sursatlar” və əlaqəli avadanlıqların mümkün satışını təsdiqləyən qərar qəbul edib.
Açıqlamada Ukraynanın Qlobal Mövqe Müəyyənetmə Sistemləri kimi bu sistemlərə uyğun 3350 Uzun Mənzilli Hücum Sursatları (ERAM) raketləri və avadanlıq tələb etdiyi və satış üçün lazımi rəsmi bildirişin ABŞ Konqresinə təqdim edildiyi qeyd edilib.
Şayəstə Hüseynova

















