Qrenlandiya hökuməti ABŞ prezidenti Donald Trampın adada geniş miqyaslı faydalı qazıntıların kəşfiyyatı ilə bağlı iddiasını rədd edib.
Elchi.az bu barədə “CNN”-ə istinadən xəbər verir.
Qrenlandiyanın Mədən nazirinin müavini Yorgen Hammeken-Holm etiraf edib ki, Amerika şirkətləri bu sahədə fəaldır. Bununla belə, o, ABŞ-ın böyük miqyaslı kəşfiyyatdan çox uzaq olduğunu vurğulayıb.
Hammeken-Holm qeyd edib ki, “Bir çox kiçik miqyaslı kəşfiyyat layihələri davam edir, lakin onların işə düşməsi illər çəkə bilər”.
O, Trampın “Qrenlandiyada tezliklə irimiqyaslı neft, qaz və faydalı qazıntıların kəşfiyyatına başlanılacaq” sözlərini şərh edərkən deyib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Amerika liderinin ərazi ambisiyalarını şərh edərək qeyd edib ki, Vaşinqtonun Qrenlandiya ilə bağlı iddiaları Moskvanın maraq dairəsində deyil.
Yeganə





















