Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiya prezidenti Vladimir Putinin sülh səylərini ələ saldığını müdafiə edərək, sanksiyalar vasitəsilə Rusiyaya təzyiqin artırılması lazım olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Kallas, Aİ-yə sədrlik edən Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Gyminch formatlı Aİ müdafiə nazirlərinin toplantısının əvvəlində çıxış edib.
İclasın gündəminin “Ukraynaya hərbi yardım” olduğunu bildirən Kallas, dünən Rusiyanın Kiyevə hücumunda AB nümayəndəliyinin də zərər gördüyünü qeyd edib.
Kallas, “Putin bütün sülh səylərinə lağ edir. Onun anladığı tək şey təzyiqdir. Etməli olduğumuz budur” dedi.
Kallas, nazirlərin sanksiyalar vasitəsilə Rusiyaya artan təzyiqi müzakirə edəcəklərini və “müdafiə hazırlığı” məsələsinin də müzakirə ediləcəyini bildirib.
Kallas qeyd edib ki, o, üzv dövlətlərdən güc sahələrində konkret layihələrlə necə töhfə verəcəklərini göstərmələrini xahiş edəcək.
Şayəstə Hüseynova


















