Tramp ABŞ və Vyetnam arasında ticarət sazişi imzalayıb

ABŞ prezidenti Donald Tramp Vyetnamla ticarət müqaviləsi imzaladıqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Tramp müqavilənin təfərrüatlarını "Truth Social" hesabında paylaşıb.
Vyetnam Kommunist Partiyasının baş katibi To Lam ilə görüşdən sonra razılığa gəldiklərini deyən Tramp bunun iki ölkə arasında böyük əməkdaşlıq demək olduğunu vurğulayıb.
Tramp razılaşmanın şərtlərinə görə Vyetnamdan ABŞ-a göndərilən mallara 20 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini, hər hansı daşınma halında isə bu tarifin 40 faiz olacağını bildirib.
Bunun müqabilində Tramp Vyetnamın "əvvəllər etmədiyi bir şeyi edəcəyini" və ABŞ-a ticarətə "tam çıxış" verəcəyini qeyd edərək, "Başqa sözlə, "bazarlarını ABŞ-a açacaqlar" ,- deyib. Yəni məhsullarımızı Vyetnama “0” tarifi ilə sata biləcəyik”.
Trump, ABŞ-da "son dərəcə uğurlu" SUV istehsalının Vyetnamın məhsul qarışığına "gözəl" töhfə verəcəyini düşündüyünü bildirib.
ABŞ prezidenti Trampın aprelin 2-də elan etdiyi, lakin həftədən sonra 90 gün təxirə salınan ikitərəfli tariflər Vyetnama 46 faiz gömrük rüsumunun tətbiqini nəzərdə tuturdu.
Nuranə Məmmədova