Tokionun şərqində 6,2 bal gücündə zəlzələ baş verib

75

Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Çiba əyalətinin Kamisu sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 19:03-də 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.
Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama əyalətlərində hiss olunub.

Nuranə Məmmədova