"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Tarix yazan Liderin tarixi ABŞ səfəri

09 Avqust 2025 - 21:22
in MANŞET

Prez

FacebookVatsap

Avqustun 7-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri ikitərəfli münasibətlərin müasir gündəliyinin müəyyən edilməsi, regional məsələlərin müzakirəsi və həlli baxımından tarixi hadisə olaraq yaddaşlarda qalacaq.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

Səfər, eyni zamanda, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin yeni müstəviyə ‒ strateji tərəfdaşlıq səviyyəsinə qalxması, dayanıqlı inkişaf perspektivlərinin dərin əsaslarının yaradılması, habelə Cənubi Qafqaz bölgəsində sülh gündəliyinin müəyyənləşməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Bu səfərin ən vacib siyasi-tarixi əhəmiyyəti isə öz ərazi bütövlüyünü və dövlət suverenliyini, konstitusiya quruluşunu təkbaşına bərpa edən Azərbaycan Prezidentinin qalib dövlətin lideri kimi Ağ Evdə böyük hörmət və diqqətlə qəbul edilməsi idi.

Prezident Donald Trampın vasitəçiliyi və şahidliyi ilə imzalanAzərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dairBirgə Bəyannamə isə əsrin sülh manifesti kimi dünya siyasi tarixinə yazıldı. Sənəd Cənubi Qafqazda yeni rifah və dayanıqlı sülh arxitekturasını qurmaq üçün möhkəm etimad təməli, etibar strategiyası kimi qəbul oluna bilər.

Sülh sazişinin imzalanması üçün uzun müddətdir ki, öz dəmir iradəsindən, siyasi qətiyyətindən geri çəkilməyən İlham Əliyev dünya siyasiləri, ələlxüsus da, Avropa İttifaqı və digər təsisatların inanmadığı və inanılmaz gördüklərini gerçəyə, möcüzəni həqiqətə çevirdi.

Qlobal gücün təmsilçisi Prezident Donald TrampınAzərbaycan Prezidentinə xitabən “Siz böyük lidersiniz” fikrini açıq formada səsləndirməsi də məhz dövlət başçımızın ali məqsədlərə çatmaqda möhtəşəm əzmkarlığına işarə idi. Bu, Prezident İlham Əliyevin siyasi dühasının dünyanın ən güclü və nəhəng məkanında, Ağ Evdə etirafı idi.

Bu, təkcə Cənubi Qafqaz regionunun Lideri və Xilaskarının deyil, həm də böyük bir coğrafiyanın sabitlik və rifah qurucusunun qlobal siyasi nüfuzuna və planetar zəkasına verilən ən ali dəyərdir.

Beləliklə, İlham Əliyev Cənubi Qafqazın siyasi taleyini dəyişdirir, regionu tamamilə yeni çağırışlar fonunda konfiqurasiya edir, bölgənin yeni rifah arxitekturasını qururvə bu quruculuq alyansında Ermənistan üçün açılan tükənməz qapılar 200 illik nifrət və qisas təfəkkürünü də dəfn edir.

Sülh sazişi Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsini, bütün region dövlətlərinin suverenliyinə, yurisdiksiyasına hörmət etməsini təmin etməklə, çoxəsrlik dövlətçilik vərdişinə çevrilmiş torpaq iddialarını buxovlayır.

İki dövlət arasında etimad mühiti, ikitərəfli və çoxtərəfli əlaqələrin yaranması fonunda formalaşacaq sağlam zəmin üzərində beynəlxalq rifah kommunikasiyaları da legitimliyini bərqərar edəcək.

Bu maneəsiz bağlantılar Azərbaycan Respublikası ilə Naxçıvan və Türkiyə arasında tarixi kommunikasiyanı təmin etməklə bərabər, Ermənistan üçün də yeni imkanlar yaradır, regional dəhliz və tranzitlərə qoşulmasına və inteqrasiya klublarında yer almasına səbəb olur. İrəvan Şimal-Cənub və Şərq-Qərb multibağlantılara, Orta Dəhlizə daxil olmaqla Azərbaycanın irəlilətdiyi qlobal nəqliyyat logistika potensiallardan faydalanmaq fürsəti qazanır.

İlham Əliyevin sarsılmaz iradəsinin daha bir təzahürü isəpost–münaqişə və sülh quruculuğu dövründə lüzumsuz və siyasi strukturizasiyası sıradan çıxmış ATƏT-in Minsk Prosesinin və onunla bağlı təsisatların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) ləğvinə təkidlə nail olması idi ki, bununla bağlı da Azərbaycan və Ermənistan XİN rəhbərlərin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalandı.

Cənab Prezident bu möhtəşəm əzmi və dühası ilə beynəlxalq münasibətlər sistemində siyasi təşkilatlanmanı nizama və sahmana salır, yeri olmayan quruluşlara lazım olduğu yerini göstərir.

Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üçtərəfli və çoxtərəfli kommunikasiya olmaqla, Qafqaz-Asiya-Avropa nəqliyyat-logistika bloklarını əlaqələndirəcək.

Prezident İlham Əliyevin Vaşinqton Zirvəsində tarixi nailiyyətlərdən ən mühümü həmçinin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanması idi. Bu Memorandum ABŞ-Azərbaycan münasibətlərinin strateji hədəf prinsiplərinə qalxması üçün möhkəm zəmin hesab edilə bilər.

Beləliklə, İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrinin ruhuna xələlə gətirən bütün meylləri sıradan çıxarmaqla ikitərəfli münasibətlərdə tamamilə yeni şərəfli səhifə yazır. Azərbaycan və ABŞ arasında indiyə qədər iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşdıran bu“Azadlığa Dəstək Aktı”na 907-cidüzəlişin aradan qalxması dövlətlərarası iqtisadi-ticari əlaqələrin də möhkəmlənməsində yeni imkanlar açacaqdır.

Azərbaycan və ABŞ Prezidentlərinin bir-birinə yüksək hörmətə və qarşılıqlı faydalı əməkdaşlığa söykənən, Azərbaycan və Amerika xalqlarının rifahına hesablanan münasibətləri isə, eyni zamanda, dünya erməniliyinə bir mesaj, erməni lobbisinə isə maddi və mənəvi zərbə kimi qəbul edildi.

Ramid Namazov

Milli Məclisin deputatı

 

Previous Post

“Vaxtilə, “it kimi hürənlərin” indi “tülkü kimi quyruq bulaması”nı izləmək olduqca xoşdur” – Bəhruz Həsənov yazır

Next Post

Bu ərazilərdə külək əsir – Faktiki hava

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev İsraildə...

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

19 Oktyabr 2026 - 16:59

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və bu ölkənin hakimiyyət orqanlarının dərhal sərhədləri bağlamalı olduğunu düşünür. Elchi.az...

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

19 Oktyabr 2026 - 16:00

Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını...

Zelenski Trampı qəzəbləndirdi: Ukraynanı nə gözləyir?

Zelenski Trampı qəzəbləndirdi: Ukraynanı nə gözləyir?

19 Oktyabr 2026 - 14:00

Keçmiş ABŞ kəşfiyyatçısı Scott Ritterin sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla dava edərək ölümcül səhv edib....

Next Post

Bu ərazilərdə külək əsir – Faktiki hava

Prezidentin Vaşinqton səfəri yeni reallıqların əsasını qoydu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22
Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.