ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və bu ölkənin hakimiyyət orqanlarının dərhal sərhədləri bağlamalı olduğunu düşünür.
Elchi.az xəbər verir ki, o, bu barədə “Truth Social” şəbəkəsində yazıb.
“Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədləri təcili olaraq bağlamaq lazımdır”, — deyə Amerika lideri bildirib.
Tramp bundan əvvəl də dəfələrlə Parisi qısa müddətdə dövlət sərhədlərini bağlamağa çağırıb. O, Fransaya “tamamilə başqa aləmdən olan insanların immiqrasiyası”nın “bir vaxtlar bu böyük ölkəni darmadağın etdiyinə” əminliyini ifadə etmişdi.
Məryəm





















