Özbəkistanın paytaxtı Daşkənddə təhlükəli yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.
Elchi.az xəbər verir ki, bu barədə paytaxtın Sanitariya-Epidemioloji Nəzarət Komitəsinin idarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, Daşkənddə qızılca xəstəliyinə şübhəli bilinən 290 xəstə müəyyən edilib. Həmçinin ehtimal olunan xəstələrlə təmasda olmuş 10 039 vətəndaş aşkar olunub. Aşkar edilmiş şəxslərdən 1 623 nəfərinə qızılca əleyhinə peyvənd vurulub, qalanlarının isə artıq peyvəndli olduğu bildirilir.
Məryəm





















